Xəzər Xəbər

Məşhur müğənninin unutqanlığı başına bəla oldu

Şou Biznes | 12:49 • 3 May 2020
Məşhur müğənninin unutqanlığı başına bəla oldu

ABŞ-ın pop ulduzu Britni Spirsin evinin idman zalında yanğın çıxıb.

"Haber Global”ın məlumatına görə, bu barədə məşhur müğənni sosial şəbəkə hesabında bildirib.

Bir qədər əvvəl rəqs edərkən ayağı sınan pop ulduz başına gəlmiş növbəti bədbəxt hadisədən danışıb. Hadisənin təxminən altı ay əvvəl baş verdiyini bildirən B.Spirs məşqdən sonra zaldakı şamlardan birini söndürməyi unudub. Nəticədə yanğın başlayıb. Xəbərdarlıq siqnalı vaxtında işə düşdüyü üçün heç kim xəsarət almayıb. Lakin idman zalındakı bir neçə alətdən başqa demək olar ki, hər şey yanıb.

Xəbər lenti