Xəzər Xəbər

Məşhur müğənni və oğlu koronavirusa yoluxdu FOTO

Şou Biznes | 12:03 • 4 Aprel 2020
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu

Amerikalı müğənni Pink və oğlu koronavirusa yoluxub.

Lenta.ru-nun məlumatına görə, bu barədə musiqiçi"Twitter” hesabında bildirib.

O və üç yaşlı oğluCeymsonhələ iki həftə əvvəl COVID-19 simptomlarını özlərində hiss etməyə başlayıblar. Onların koronavirus testlərinin cavabları müsbət çıxıb. Bundan sonra Pinkin bütün ailəsi 14 gün karantində qalaraq, həkimlərin göstərişlərini yerinə yetiriblər.

Hazırdamüğənni infeksiyadan tam sağalıb.

"Bir neçə gün öncə təkrar testdən keçdik, xoşbəxtlikdən nəticələr mənfi çıxdı”, - deyə o, bildirib.

Xəbər lenti