Xəzər Xəbər

“Mucize Doktor”un Nazlısı da azərbaycanlı imiş...

Şou Biznes | 16:34 • 21 Mart 2020
“Mucize Doktor”un Nazlısı da azərbaycanlı imiş...

Türkiyədə kifayət qədər məşhur olan əslən Azərbaycandan olan sənətçilər var. Kimisi serial ulduzu, kimisi müğənni, kimisi isə teatr xadimidir.

"Qafqazinfo” Türkiyədə fəaliyyət göstərən tanınmışları təqdim edir:

AktrisaSinem Ünsal1993-cü ildə İzmirdə dünyaya gəlsə də, atası azərbaycanlı, anası isə çərkəzdir. O, hazırda reytinqli "Mucize Doktor” serialında Nazlı obrazına həyat verir.

AktyorOzan Akbaba1982-ci ildə Qarsda dünyaya gəlib. Bir çox layihələrdə yer alan O. Akbaba hazırda ATV-də yayımlanan "Eşkiya dünyaya hükümdar olmaz” serialında İlyas roluna həyat verir.

Son zamanlar populyarlaşmağa başlayan aktrisaNəsrin Cavadzadə1982-ci ildə Bakıda dünyaya gəlib, 11 yaşında ailəsi ilə birgə Türkiyəyə köçüb. 51-ci "Qızıl Portağal” mükafat mərasimində "ən yaxşı aktrisa” nominasiyası üzrə qalib olub. Hazırda Fox TV-də yayımlanan məşhur "Yasak Elma” serialında Şahika obrazını canlandırır.

"Çoçuklar Duymasın” serialının ulduzuTamer Karadağlıda əslən azərbaycanlıdır. Ankarada dünyaya gəlsə də, ailəsi Qarsda yaşayıb və Azərbaycan türküdür.

Türkiyənin məşhur modeliÇağla Şikelinatası azərbaycanlıdır, Qarsda yaşayıb. Podium ulduzu dəfələrdə açıqlamasında kökünün Azərbaycan türkü olduğunu bildirib.

Türkiyənin əfsanəvi ifaçısıCem Karacada əslən Azərbaycandandır. 1945-ci ildə İstanbulda dünyaya gələn sənətçinin atası Azərbaycan türküdür.

AktrisaSelin Şekerçi1988-ci ildə İzmirdə dünyaya gəlib. O, "Kaçak Gelinler” serialında Şəbnəm obrazı ilə daha da populyarlaşıb. Selin dəfələrlə mətbuata açıqlamasında əslən Azərbaycandan olduğunu bildirib.

"O şimdi asker” mahnısı ilə kifayət qədər məşhurlaşan müğənniTuğba Ekinçidə azərbaycanlıdır. O da KİV-lərə açıqlamasında ata tərəfinin Azərbaycandan olduğunu qeyd edib.

Başak Sayanda Azərbaycan köklüdür. Onun atası azərbaycanlıdır. Başak həm aktrisa, həm də yazardır.

1981-ci ildə Iğdırda dünyaya gələn futbolçuSərvət Çetində Azərbaycan kökənlidir. O, Türkiyə milli komdandasının dəyişməz üzvlərindəndir.

Türkiyənin "Yeşilçam” ulduzuRza İmamverdi1936-cı ildə Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. O, "Kader bağlayınca”, "Şeref sözü”, "Küçük ev”, "Fırtına” və başqa layihələrdə yer alıb. Film qəhrəmanı 2013-cü ildə Amerikada ağciyər xərçəngindən həyatını itirib.

AktyorCahangir Qafarinində fars olduğu qeyd olunsa da, o, əslən azərbaycanlıdır. Qafari 60-70-ci illər filmlərdə rol alıb, "Yeşilçam”a rəng qatıb. O, hazırda İspaniyada yaşayır.

Xəbər lenti