Xəzər Xəbər

Türkiyədə məşhur serialların çəkilişləri dayandı

Şou Biznes | 17:29 • 17 Mart 2020
Türkiyədə məşhur serialların çəkilişləri dayandı

Koronavirus təhlükəsi səbəbindən Türkiyədə bir çox məşhur serialın çəkilişləri təxirə salınıb.

Kult.az xəbər verir ki, çəkilişi dayandırılmış və iki həftəlik tətilə çıxan seriallardan biri azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də rol aldığı "Yasaq alma”dır.

Məlumata görə, serialın aktyorları yaranmış təhlükəni nəzərə alaraq belə bir addım atılmasını istəyib. Həmçinin "Doğulduğun ev taleyimdir” serialının baş qəhrəmanı da çəkilişlərin dayandrılmasını istəyib.

Azərbaycanda da kifayət qədər izləyicisi olan "Səfirin qızı”, "Hərcai”, "Çuxur”, "Zalım İstanbul” kimi serialların da çəkilişlərinə iki həftəlik ara veriləcək.

Xəbər lenti