Xəzər Xəbər

Xalq artistindən bacısına təsirli sözlər: “Bu gün də məni ərköyünləşdirən...”

Şou Biznes | 11:24 • 14 Mart 2020
Xalq artistindən bacısına təsirli sözlər:

Zülfiyyə Xanbabayeva bacısının doğum gününü instaqram vasitəsilə təbrik edib.

XəzərXəbər xəbər verir ki, sənətçi bacısı ilə fotosunu paylaşaraq ona olan ürək sözlərini belə ifadə edib:

"Mənə yaşımı unutduran, bu gün də məni ərköyünləşdirən və bir insan olaraq formalaşmağımda böyük əməyi olan Qadın! Tək yanında yox, sadəcə varlığından belə özümü uşaq kimi hiss etdiyim başımın tacı! Mənim ana tək sevgisi və nəvazişi ilə qayğıma qalan, bacım! Ad günün mübarək!”

Xəbər lenti