Xəzər Xəbər

Beşinci dəfə evlənən Pamela iki həftə sonra boşandı

Şou Biznes | 12:19 • 2 Fevral 2020
Beşinci dəfə evlənən Pamela iki həftə sonra boşandı

52 yaşlı "Playboy” ulduzu Pamela Anderson və 74 yaşlı prodüser Con Pitersin evliliyi uzun sürməyib.


Oxu.Az xəbər verir ki, qəfil toy xəbəri ilə təəccübləndirən aktrisa indi də gözlənilmədən sevib-seçdiyi yarından toydan 12 gün sonra ayrılmaq qərarına gəlib.


"Con ilə birliyimizə nə qədər isti münasibət göstərdiyiniz mənə toxundu. Dəstəyinizə görə çox minnətdarıq. Həyatdan və bir-birimizdən istədiyimizi təhlil etmək üçün bir müddət ayrı vaxt keçirməyə qərar verdik. Həyat bir səyahətdir, sevgi isə bir prosesdir. Bunu nəzərə alaraq, nikah şəhadətnaməsinin qeydiyyatını təxirə salmağa qərar verdik. Şəxsi münasibətlərimizə hörmət etdiyiniz üçün təşəkkür edirik” - deyə, Anderson bildirib.

Qeyd edək ki, bu, hər ikisinin sayca beşinci evliliyi olub. Onlar Malibuda evləniblər. Cütlük bir neçə onilliklər ərzində tanışdır və aralarında bir dəfə qısa sevgi romanı olub.

Xəbər lenti