Xəzər Xəbər

Sevgilisi Şeyma Subaşına xəyanət etdi

Şou Biznes | 10:22 • 4 Dekabr 2019
Sevgilisi Şeyma Subaşına xəyanət etdi

Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı italyan sevgilisi DJ Guido Senia tərəfindən xəyanətə uğrayıb.

Türkiyə mətbuatı xəbər verir ki, Şeyma Subaşının hadisənin şokunu yaşadığı iddia edilib. İnstaqramda DJ-in gecə klublarının birində türk qızı ilə əylənərkən görüntüləndiyi deyilir.

Xatırladaq ki, instaqram fenomeni bu yaxınlarda yutub kanalında sevgilisi ilə səmimi görüntülərini paylaşmışdı. O, sevgilisinə yaxınlaşaraq "Haqqımda nə düşünürsən” deyə sual vermişdi.

DJ isə "Şeyma möhtəşəm bir qadındır, əsl ilham mənbəyidir. Həyatımızda olduğu üçün hamımız çox şanslıyıq” , - deyə sevgilisini öpərək cavab vermişdi./publika.az

Xəbər lenti