Xəzər Xəbər

Xalq artisti hönkürtüsünü gülüşündə GİZLƏTDİ

Şou Biznes | 10:58 • 5 Noyabr 2019
Xalq artisti hönkürtüsünü gülüşündə

"Çox gülürsən, Məleykə. Elə həmişə belə ürəklə gül, heç kim sənin gözlərinin içində olan kədəri, qəmi və problemi görməsin”.

Bu sözləri Xalq artisti Məleykə Əsədova İnstaqram səhifəsində yazıb. Yeni şəkillərini paylaşan sənətçi qəlb ağrılarını gülüşlə örtdüyünü qeyd edib: "Gül Məleykə! Gülmək istəyirəm... Ürəyimdəki hönkürtünün səsini batırmaq üçün...”

52 yaşlı sənətçinin son fotolarda fotoşopla üzünü dəyişdirməsi də diqqətdən qaçmayıb./publika.az


Xəbər lenti