Xəzər Xəbər

Ledi Qaqa dünyaca məşhur ailənin gəlini olacaq

Şou Biznes | 10:57 • 4 Noyabr 2019
Ledi Qaqa dünyaca məşhur ailənin gəlini olacaq

Dünyaca məşhur müğənni və aktrisa Ledi Qaqa ekranlara geri qayıdır.

Ulduz Gucci ailəsindən bəhs edən filmin baş qəhrəmanlarından birini canlandıracaq.

Son olaraq rol aldığı "Bir ulduz doğulur” (A Star Is Born) filmi ilə böyük rəğbət toplayan Qaqa yeni filmində Patrisia Reqqianini canlandıracaq. Reqqiani məşhur moda markasının qurucusu Guccio Giuccinin nəvəsi Maurisio Guccinin keçmiş həyat yoldaşıdır. Rqqianidən iki qızı olan Maurisio həyat yoldaşını başqa bir qadın üçün tərk etmişdi. O, 1995-ci ildə silahla vurularaq öldürülmüş, cinayəti sifariş etməkdə günahlandırılan Patrisia həbsə girmişdi. 2016-cı ildə isə azadlığa çıxmışdı.

Filmin ssenarisi Roberto Bentiveqna tərəfindən Sara Gey Fordenin "The House of Gucci: A Sensational Story of Murder, Madness, Glamour and Greed” (Guccinin Evi: Cinayət, Dəlilik, Qlamurluq və Xəsisliyin sensasiyalı bir hekayəsi) kitabına əsasən yazılıb.

Filmin rejossoru Ridli Skot olacaq.

33 yaşlı Ledi Qaqa 2018-ci ildə Bredli Kuperlə baş rolları oynadığı "Bir ulduz doğulur” filmindəki performansına görə Ən yaxşı qadın aktrisa kateqoriyasında Oskara namizəd olmuşdu./publika.az

Xəbər lenti