Xəzər Xəbər

73 yaşlı Ajda Pekkanın estetik əməliyyatlarının sayı açıqlandı

Şou Biznes | 21:51 • 31 Oktyabr 2019
73 yaşlı Ajda Pekkanın estetik əməliyyatlarının sayı açıqlandı

Türkiyəli müğənni Ajda Pekkanın estetik əməliyyatlarının sayı açıqlanıb.

73 yaşlı müğənni ilk dəfə 22 yaşında çəkildiyi filmlə tanınıb.

Gözəllik aşiqi olan Ajda estetik həvəskarıdır. İlk əməliyyatını da 22 yaşında edib. O, bu əməliyyatla burnunu kəsdirib.

Heç yaşlanmayan və gündən-günəcavanlaşan Ajda ümumi olaraq 21 estetik əməliyyat etdirib.

Müğənni daha gənc, gözəl görünmək üçün bu günə kimi üç dəfə burnunu kəsdirib, altı dəfə dodaqlarına silikon qoydurub, diz qapaqlarının qırışmaması üçün onları dartdırıb, iki dəfə qarın və qol altı yağlarını aldırıb, sinəsini böyütdürüb, dörd dəfə üzünü dartdırıb, qaşlarını yenidən düzəltdirərək göz qapaqlarını aldırıb.

oxu.az

Xəbər lenti