Xəzər Xəbər

2020-ci ildə MDB-də “Eurovision” festivalının analoqu yarana bilər

Şou Biznes | 15:23 • 29 Oktyabr 2019
2020-ci ildə MDB-də “Eurovision” festivalının analoqu yarana bilər

MDB ölkələrinin iştirakı ilə ilk populyar musiqi festivalı 2020-ci ildə Almatıda keçirilə bilər.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xalq artisti, bəstəkar İqor Krutoy bildirib.


İ.Krutoyun sözlərinə görə, ilk belə festival artıq gələn il keçirilə bilər. Musiqiçi deyib: "Layihə barədə danışmaq hələ tezdir, lakin belə fikirlər var və ola bilsin ki, bu niyyət baş tutacaq. Bu, Almatıda ola bilər”.


İqor Krutoy daha sonra deyib: "Hazırda mənim komandam bu məsələ ilə məşğuldur. Biz layihəni rejissorlar və quruluş qrupu ilə birlikdə nəzərdən keçiririk. Çalışırıq ki, hər şey orijinal olsun, bu tədbir hazırda MDB ərazisində mövcud olan başqa festival və müsabiqələrə oxşamasın. Biz istəyirik ki, öz yolumuz olsun”.


Bəstəkar qeyd edib ki, belə bir festival təsis edilməsi barədə ona dəfələrlə təkliflərlə müraciət ediblər.

Xəbər lenti