Xəzər Xəbər

Özcan Denizdən Nurgül Yeşilçaya TƏKLİF: “Kraliçam ol”

Şou Biznes | 12:07 • 24 Sentyabr 2019
Özcan Denizdən Nurgül Yeşilçaya TƏKLİF:

"Asmalı Konak” serialından 13 sonra "İkinci Şans” filmində tərəf müqabili olan Özcan Deniz və Nurgül Yeşilçay yenidən eyni layihədə iştirak edəcək.

Türkiyə mətbuatı xəbər verir ki, ötən mövsüm "İstanbullu Gəlin” serialında oynayan Özcan Deniz "03 Media” film şirkəti ilə birlikdə hazırladığı "Kral” serialı ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Yaraşıqlı aktyor Nurgül Yeşilçaya yeni layihəsində "Kraliçam ol" deyə tərəf müqabili olmağı təklif edib. Deniz bildirib ki, Nurgül Yeşilçayla arasında gözəl harmoniya var, odur ki, onların tandemi uğurlu alına bilər.

"Məhəllədən dostlar” adlı filmlə noyabrda tamaşaçısının qarşısına çıxmağa hazırlaşan Nurgül Yeşilçayın hələ dəqiq bir cavab vermədiyi, lakin bu təklifə isti baxdığı öyrənilib./publika.az

Xəbər lenti