Xəzər Xəbər

Venesiya kinofestivalının qalibləri məlum oldu - SİYAHI

Şou Biznes | 10:23 • 8 Sentyabr 2019
Venesiya kinofestivalının qalibləri məlum oldu - SİYAHI

Venesiyada 76-cı film festivalının bağlanış mərasimi keçirilib.

XəzərXəbər xəbər verir ki, bu il münsiflər heyətinə rejissor, ssenarist və prodüser Lukresiya Martel rəhbərlik edib.

Münsiflər heyəti baş mükafat olan "Qızıl Aslan"ı Todd Fillipsin "Coker" filminə veriblər.

Festivalın digər mükafatları aşağıdakı şəkildə paylanıb:

"Qızıl Aslan" - Ən yaxşı film

"Coker" — Todd Fillips

"Gümüş Aslan" — Böyük Münsiflər Mükafatı

"Zabit və casus" - Roman Polanski

"Gümüş Aslan" - Ən yaxşı rejissor

Roy Andersson - "Sonsuzluq haqqında"

Ən yaxşı aktrisa üçün Volpi Kuboku

Arian Askarid - "Allah naminə dua"

Ən yaxşı aktyor üçün Volpi Kuboku

Luka Marinelli - "Martin İden"

Ən yaxşı ssenari mükafatı

"Çerri Leyndə Ev 7", Yunfan

Münsiflər heyətinin Xüsusi mükafatı

"Mafiya əvvəlki kimi deyil", rejissor Franko Maresko

Ən yaxşı gənc aktyor/aktrisa üçün Marçello Mastroianni mükafatı

Tobi Uolles - "Süd Dişləri"

"Gənc Aslan" - Ən yaxşı rejissor debütü

"Sən 20 yaşında öləcəksən", rejissor Amyad Əbu Alala

Xəbər lenti