Xəzər Xəbər

Məşhur model Türkiyəyə 15 milyon avro sərmayə yatırdı

Şou Biznes | 15:31 • 31 Avqust 2019
Məşhur model Türkiyəyə 15 milyon avro sərmayə yatırdı

Məşhur və yaraşıqlı model CeremiMiks İstanbulda 15 milyon avro dəyərində yatırım edib.

Məhkumluq həyatından sonra modellik sahəsində uğurla addımlayan Ceremi Miks şəxsi şirkətini qurmaq üçün İstanbula gəlib. Burada 15 milyon avro yatırım edən Ceremi şəxsi markasının simasının özünün olacağını bildirib.

Yaraşıqlı model "Goldtex" türk tekstil firması ilə əməkdaşlıq sazişi imzalayıb. Onun şəxsimarkasında bir neçə fərqli və göz oxşayan geyim kolleksiyası yer alıb.

Kaliforniya polisinə Miks 2000-ci illərin əvvəllərindən tanışdır. Üstəlik, onu böyük cinayətkar cəmiyyətin üzvü hesab edirlər. İlk dəfə yaraşıqlı model yeniyetmə şəxsə hücum çəkdiyi üçün məhkumluq yaşayıb. Miks azadlığa çıxdıqdan sonra yenidən soyğunçuluq, polisə müqavimət, şəxsi məlumatların oğurlanması cinayətlərinə görə həbs olunub.

Sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları Cereminin şəklini "Facebook" səhifəsində və polis şöbəsinin rəsmi saytında yerləşdiriblər. Məhkəmə zalına gələn Miks artıq internet ulduzu statusunda idi.

Azadlığa çıxan Ceremi qısa zaman çərçivəsində dünyaşöhrətli brendlərlə əməkdaşlıq etmək üçün milyonlarla dollar dəyərində müqavilələrə imza atıb. O, hazırda "Philipp Plein" brendinin simasıdır.

Xəbər lenti