Xəzər Xəbər

İddialar doğru çıxdı – 10 il əvvəl ailə quran aktrisa...

Şou Biznes | 12:13 • 22 Avqust 2019
İddialar doğru çıxdı

2009-cu ildə həmkarı Halit Ergenclə ailə həyatı quran aktrisa Bergüzar Korel ana olmağa hazırlaşır.

Sənətçi bir müddətdir hamilə olduğuna dair yayılan xəbərləri təsdiqləyib.

Ticarət mərkəzində jurnalistlərin suallarını cavablandıran aktrisa 9 il sonra yenidən ana olacağını deyib: "Hər şey qaydasındadır, xəbərlərdən oxuduğunuz kimi ikinci övladımızın yolunu gözləyirik. Çox gözəl və özəl hisslərdir. Allah hamıya bu özəl duyğunu yaşamağı nəsib eləsin”.

Qeyd edək ki, cütlüyün 2010-cu ildə Əli adlı övladı doğulub.

Xəbər lenti

Çox oxunanlar