Xəzər Xəbər

İşçinin serial sevgisi De Nironu 6 milyon ziyana saldı

Şou Biznes | 11:33 • 22 Avqust 2019
İşçinin serial sevgisi De Nironu 6 milyon ziyana saldı

Çeys Robinson adlı qızı "Friends" serialına olan sevgisi işsiz qoyub.

Aktyor Robert De Nironun sahib olduğu şirkət qızı yazda işdən çıxarıb, indi isə ondan təzminat tələb edir.

Qız işlədiyi müddətdə şirkətin hesabına "Netflix"in ödənişli seriallarını izləyib. Eyni zamanda De Nironun yığdığı uçuş bonuslarından istifadə edib.

Robinson 2008-ci ildə aktyorun köməkçisi olub. Getdikcə vəzifəsi artırılan qız 2019-cu ildə 300000 dollar maaş alıb.

Yanvarda qız "Friends" serialının 55 bölümünü izləyib. Eyni zamanda o, daha iki serialı izləyib. Çeys şirkətin hesabı ilə sevdiyi "Paols" restoranında 13, marketdə 9, Uber taksilərinə isə 32 min dollar xərcləyib.

Bütün bunlara görə şirkət qızı məhkəməyəö verib və 6 milyon dollar təzminat tələb edir./Axşam.az

Xəbər lenti

Çox oxunanlar