Xəzər Xəbər

Hollivud ulduzu Di Kaprionu evlənməyə razı salıb

Şou Biznes | 18:01 • 5 Avqust 2019
Hollivud ulduzu Di Kaprionu evlənməyə razı salıb
Hollivudun parlaq subay üzvü Leonardo Di Kaprio həmkarı Bred Pitin məsləhəti ilə evliliyə qərar verib.

Bu barədə "Globe" nəşri yazıb. Nəşrin yazdığına görə, 44 yaşlı aktyor 22 yaşlı Kamila Morrone ilə münasibətdədir.

Cütlük uzun müddət bir yerdə olsa da, Di Kaprio evlilik mövzusunda qərarsız olub. Nəhayət həmkarı və dostundan məsələhət istəyib. Sonuncu isə ona bu işi uzatmamağı məsləhət görüb.

Qeyd edək ki, Kamila və Leo 2017-ci ilin sonundan görüşməyə başlayıb.

BAKU.WS

Xəbər lenti