Xəzər Xəbər

İbrahim Tatlısəsin qızından evlilik etirafı: “Qorxuram”

Şou Biznes | 14:57 • 5 İyul 2019
İbrahim Tatlısəsin qızından evlilik etirafı: “Qorxuram”

İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs bir ticarət mərkəzində jurnalistlərin suallarını cavablandırıb.

XəzərXəbər ölkə.az-a istinadən bildirir ki, müğənni evlənmə məsələsinə təmkinlə yanaşdığını bildirib. Dilan Çıtak 4 ildir sevgili olduğu Levent Dörter ilə evlənmək istədiyini, amma hələ bu məsələ üçün tez olduğunu qeyd edib.

"Əslində, əvəlllər evlənmək üçün tələsirdim. Həyəcanlı idim. Amma indi evlənmə məsələsinə təmkinlə baxıram.

Sənət cameəsindəki evlənmələr, boşanmalar, aralıqda qalan uşaqlar məni qorxudur.

Buna görə də düşünürəm. Biz bir gün uşaq istəsək, evlənərik. Amma hələ uşaq üçün çox gəncik", - sənətçi bildirib.

Xəbər lenti