Xəzər Xəbər

Bred Pitt: “Aktyorluq gənclərə daha çox yaraşır”

Şou Biznes | 12:22 • 3 İyul 2019
Bred Pitt: “Aktyorluq gənclərə daha çox yaraşır”

Aktyor Bred Pitt yerini gənclərə təhvil verməyə hazırlaşır.

55 yaşlı kino ulduzu Avstraliyanın "GQ” jurnalının üz qabığına çəkilib.

Yaraşıqlı həmkarı Leonardo di Kaprio ilə əfsanəvi rejissor Kventin Tarantinonun "Bir dəfə Hollivudda” filmindəki rolu ilə pərəstişkarlarını sevindirən Bred film karyerası haqqında gözlənilməz açıqlamalar verib. O, sözügedən filmin müvəffəqiyyətindən sonra yaradıcılığına bir müddət fasilə verməyi düşünür.

Aktyorun fikrincə, ona artıq film prodüserliyi ilə məşğul olmaq maraqlıdır: "Kameranın digər tərəfində və layihənin istehsalından məsul olmağı xoşlayıram. Mən həqiqətən hesab edirəm ki, aktyorluq gənclərə daha çox yaraşır. Məsələ onda deyil ki, yaşlı aktyorlar üçün daha maraqlı, xarakterik bir obraz yoxdur. Təbii seçimi heç kim ləğv etməyib”.

Aktyor müsahibəsində onu da etiraf edib ki, heykəltəraşlığa da böyük maraq göstərir. Onun sözlərinə görə, bütün günü emalatxanada vaxt keçirə bilər./publika.az

Xəbər lenti