Xəzər Xəbər

Tarkan təcili əməliyyat olundu

Şou Biznes | 14:50 • 1 İyul 2019
Tarkan təcili əməliyyat olundu

Populyar müğənni səsinə və yuxusuna təsir edən qalxanabənzər vəzidən əziyyət çəkib

Türkiyənin ən populyar müğənnilərindən olan Tarkan əməliyyat olunub.

Sputnik Azərbaycan-ın Sözçü-yə istinadən verdiyi məlumata görə, səsinə və yuxusuna təsir edən qalxanabənzər vəzidən əziyyət çəkən ifaçı Acıbadəm Maslak Xəstəxanasında əməliyyat edilib və hazırda xəstəxanadadır.

Həkimlər Tarkanın vəziyyətinin yaxşı olduğunu bildirib.

Məlumata əsasən, Tarkan bu gün evə buraxılacaq və daha sonra Almaniyaya gedəcək.

Xəbər lenti