Xəzər Xəbər

İrina Şeykdən qızının atasına qarşı RADİKAL ADDIM

Şou Biznes | 11:23 • 4 İyun 2019
İrina Şeykdən qızının atasına qarşı

Tatar əsilli 33 yaşlı model İrina Şeyk 44 yaşlı aktyor sevgilisi Bredli Kuperdən ayrılmaq üzrədir.

Cütlük 2 yaşlı qızları üçün barışmağa çalışsa da, münasibətləri gərgindir. Mənbənin sözlərinə görə, onlar daha birlikdə xoşbəxt deyil. Səbəb kimi ortaq maraqlarının olmaması göstərilib.

Başqa bir anonim mənbə isə iddia edib ki, model aktyoru təhdid edib. Əgər aktyor modeldən tamamilə ayrılarsa, İrina ona qızını göstərməyəcək. Bəzi məlumatlara görə, model artıq bu kartdan düzgün istifadə etmək üçün bir vəkillə məsləhətləşib.

Qeyd edək ki, cütlüyün ayrılıq xəbərləri aktyorun Ledi Qaqa ilə birlikdə çəkildiyi "Ulduz doğuldu” filmindən sonra yayılmağa başladı. Bredli Kuperlə müğənninin görüşməyə başladığı deyilsə də, Ledi Qaqa bu xəbərin yalan olduğunu demişdi./publika.az

Xəbər lenti