Xəzər Xəbər

Acun Ilıcalı ilk dəfə eks həyat yoldaşına bənzəyən modellə münasibətləriindən danışdı

Şou Biznes | 13:46 • 31 May 2019
Acun Ilıcalı ilk dəfə eks həyat yoldaşına bənzəyən modellə münasibətləriindən danışdı

"Survivor” üçün Dominik və İstanbul arasında qalmışam. İş qrafikim çox gərgindir. Bu razılaşma bizim üçün böyük bir qürurdur və böyük bir məsuliyyət deməkdir. Bütün diqqətimi "Exatlon" yarışmasına yönəltmişəm”.

Bu sözləri Acun Ilıcalı jurnalistlərə verdiyi müsahibədə deyib. O, bildirib ki, yeni yarışma layihəsi "Exatlon” üçün Amerikanın Telemundo kanalıyla 2 illik müqavilə imzalayıb.

Adı məşhur model İtir Esen ilə hallanan Acun Ilıcalı ilk dəfə bu dedi-qodulara aydınlıq gətirib:

"İtirlə heç bir münasibətim yoxdur. O, işini yaxşı görən uğurlu bir dostumuzdur. Gələcəkdə digər layihələrdə ola bilər. Mənə dair belə xəbərlərin çıxmasını normal qarşılayıram. Bütün diqqətimi işimə verirəm və məhsuldar bir dövr yaşayıram.

Ilıcalı verdiyi müsahibədə dünya ölkələri arasında yarışma keçirməyi düşündüyünü deyib:

"Dünyada 12 ölkəyə çıxmaq üzrəyik. Yeni yarışma keçirmək üçün yerimiz qalmayıb. "Exathlon” üçün dünya çempionatını düşünürük. Türkiyə ilə digər ölkələri yarışdıra biləcəyimiz bir format ola bilər. Dünya çempionlarının yarışdığı bir dünya kubokunu düşünürəm. İstanbul və ya Dubay ola bilər".

Xatırladaq ki, Acun Ilıcalının Şeyma Subaşı ilə boşandıqdan sonra ona oxşarlığı ilə diqqət çəkən İtir Esenlə sevgili olması müzakirə mövzusu olmuşdu.

Xəbər lenti