"Təhminə və Zaur” serialına çəkildikdən sonra məşhurlaşan aktrisa Natavan Ələkbərova Türkiyə vətəndaşı olan həyat yoldaşından gileylənib.
Ərinin yaxşı şəkil çəkə bilmədiyini deyən aktrisa şikayətlərini instaqramda paylaşıb:
"Həyat yoldaşımla bir yerə gedəndə məndən normal şəkil gözləməyin. İnanın ki, 30 şəkil çəkib ən yaxşısını paylaşıram. Deyir ki, həyatım mən təbii çəkirəm. Başa sala bilmirəm ki, a kişi, bu təbii, ağzı-gözü əyri və bulanıq şəkillər İnstaqram üçün deyil. Üsyan edirəm artıq həyat yoldaşıma”.
Qeyd edək ki, Türkiyə vətəndaşı ilə ailə quran aktrisanın bir oğlu var./publika.az