Xəzər Xəbər

Brilliant Dadaşova İlhamə Quliyeva elə SİRRİN ÜSTÜNÜ AÇDI Kİ...

Şou Biznes | 14:21 • 12 Aprel 2019
Brilliant Dadaşova İlhamə Quliyeva elə

"İlhamə Quliyevanı təriflədikcə, o, məni pisləyirdi. Uşaqlıq illərində onun səsi üçün ürəyim gedirdi. Evdə bütün çıxışlarını izləyirdim. Bacılarım əsəbiləşirdilər ki, kanalı çevir, filmlərə baxaq”.

Bu sözləri Xalq artisti Brilliant Dadaşova bu gün Tarix Əliyevin "Hər şey daxil” verilişində qonaq olarkən deyib.

İfaçı bildirib ki, İlhamə Quliyeva vaxtilə onun aparıcılıq etdiyi verilişi bağlatdırmağa çalışıb: "İlhaməyə heyranlıqla baxırdım. Sonra onu verilişlərimə dəvət edir və tərifləyirdim. İlhamə isə rəhbərə deyirdi ki, bunun verilişini bağla”.

Xatırladaq ki, Brilliant Dadaşova Space TV-də 2000-ci ildən 2005-ci ilədək "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparıb./publika.az

Xəbər lenti