Xəzər Xəbər

Acunda daha nələr var, nələr - Hülya Avşar

Şou Biznes | 17:54 • 28 Mart 2019
Acunda daha nələr var, nələr - Hülya Avşar

Biz çox köhnə tanışlarıq, ikimiz də bir-birimizi sevirik.

Türkiyəli məşhurlar Acun Ilıcalı və Hülya Avşar dünən axşam "Etiler Da Mario” adlı restoranda şam yeməyi yeyib.

Ötən illərdə "Yetenek Sizsiniz Türkiye” yarışmasında birlikdə çalışan ikili uzun bir aradan sonra təkrar görüşüb.

Acun Ilıcalı restoranın çıxışında jurnalistlərə bunları deyib:

''Hülya ilə bir-birimiz üçün çox darıxmışdıq. Birlikdə gözəl enerji alırıq. Hülya ilə hər an layihə qurmaq potensialımız da var" -deyib.

Yarım saat sonra isə məkandan Hülya Avşar çıxıb. Olduqca şən görünən Avşar ''Acun məni yeməyə çağırdı, sağ olsun, çox da gözəl oldu. İçəridə əyləndik. Biz köhnə tanışlarıq, ikimiz də bir-birimizi sevirik" deyib.

Jurnalistlərin ''Acun bəyin rep performansına münasibətiniz necədir?” sualına Hülya Avşar qəhqəhə çəkərək belə cavab verib: ''Onda daha nələr var, nələr..''.

AzNews.az

Xəbər lenti