Ötən ilin sentyabr ayında Burak Törerdən ayrılan Gülbən Ərgən haqqında yeni məlumat üzə çıxıb.
Bir müddət tənha qalan Gülbən musiqiçi Emre İrmakla görüşür.
2008-ci ildə "Sürpriz” mahnısının bəstəkarlarından biri olan Emre İrmak ilə son dövrlər tez-tez görüşən Gülbənin musiqiçi ilə münasibətlərinin sevgiyə çevrilidyi öyrənilib. Cütlük münasibətlərinin nikah masasına qədər davam edəcəyini bildirir..
Emre İrmak 1977-ci ilin 27 may tarixində İstanbulda anadan olub. Atası musiqiçidir və 5 yaşından piano dərsləri alıb. 7 yaşında ilk solo konsertini verib. Bir sıra məşhurlarla əməkdaşlıq edib, müxtəlif mükafatlar qazanıb.
Ölkə.Az