Xəzər Xəbər

Beren Saat ilk dəfə Kənan Doğuludan boşanmasından DANIŞDI

Şou Biznes | 13:27 • 8 Mart 2019
Beren Saat ilk dəfə Kənan Doğuludan boşanmasından DANIŞDI

5 illik müğənni həyat yoldaşı Kənan Doğuludan boşanacağı deyilən aktrisa Beren Saat ilk dəfə bu barədə açıqlama verib.

Məşhur aktrisa dünən mətbəx üçün alış-veriş edərkən görüntülənib. Daha sonra bir kafedə oturan ulduz çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, ərindən boşanmasına dair verilən suallara "Danışmaq istəmirəm” deyə cavab verib.

Beren Saat sosial şəbəkədə Kənan Doğulu ilə şəkillərini silməsinə "Mənə bir az vaxt verin, düşünüm. Lütfən daha bu barədə sual verməyin” deyərək ordan uzaqlaşıb. Aktrisanın sözləri şübhə oyadıb.

Xəbər lenti