Xəzər Xəbər

Avstraliya “Eurovision”da 5 il iştirak edə biləcək

Şou Biznes | 14:27 • 13 Fevral 2019
Avstraliya “Eurovision”da 5 il iştirak edə biləcək

Bu il müsabiqədə ölkəsini Kate Miller-Heidke təmsil edəcək.

Avstraliya 2023-cü ilə qədər "Eurovision” mahnı müsabiqəsində iştirak edəcək.

Ölkənin ictimai kanalı SBS ilə Avropa Yayım Birliyi arasında müqavilə imzalanıb.

Qeyd olunub ki, Avstraliyanın 5 il beynəlxalq layihədə iştirakına icazə verilib.

Xatırladaq ki, Avstraliya "Eurovision”da ilk dəfə qonaq kimi 2016-ci ildə çıxış edib. Dami Im adlı müğənni "Sound Of Silence” mahnısı ilə finala vəsiqə qazanıb.

Bu il isə müsabiqədə ölkəsini Kate Miller-Heidke təmsil edəcək.(qafqazinfo.az)

Xəbər lenti