Xəzər Xəbər

Məşhur aktrisa qalereya direktoru ilə nişanlandı

Şou Biznes | 13:48 • 6 Fevral 2019
Məşhur aktrisa qalereya direktoru ilə nişanlandı

Hollivud aktrisası Cennifer Lourens nişanlanıb.

Aktrisanın "Gladstone Gallery” müasir incəsənət qalereyasının 34 yaşlı direktoru Kuk Maroni ilə evlənməyə hazırlaşdığı iddia edilir.

Ötən həftə Nyu-York restoranlarının birində romantik şam yeməyi edən cütlüyün nişanı qeyd etdikləri bildirilir. Şahidlərin sözlərinə görə, Cenniferin barmağında iri qaşlı bahalı üzük parıldayıb.

Kino ulduzu ilə qalereya direktorunun münasibətləri haqqında ilk şayiələr ötən yay üzə çıxıb.

Xəbər lenti