Xəzər Xəbər

Bred Pitt, Di Kaprio, Al Paçino birlikdə içki masasında

Şou Biznes | 11:40 • 26 Yanvar 2019
Bred Pitt, Di Kaprio, Al Paçino birlikdə içki masasında

Onları nə birləşdirir?

İnternetdə Hollivudun 3 a klass aktyoru Bred Pitt, Leonardo Di Kaprio, Al Paçinonun birlikdə fotosu yayılıb. Onlar fərqli obrazda, geyimdə içki masası ətrafında əyləşərək söhbət edirlər.

Yeni kadrlar 55 yaşlı rejissor Kventin Tarantinonun çəkdiyi yeni filmdəndir. Film "Bir dəfə Hollivudda" (Once Upon a Time in Hollywood) adlanır. Filmdə hadisələr elə Hollivudda ötən əsrin 60-cı illərinin sonlarında cərəyan edir.

Filmin çəkiliş meydançasında maraqlı kadrlar mütəmadi olaraq sosial şəbəkələrdə paylaşılır. Aktrisa Margo Robbi Çarlz Mensonun sektası tərəfindən amansızcasına öldürülən kino ulduzu Şeron Teytin obrazındadır.

Pitt və Di Kaprio Hollivudda karyera qurmağa çalışan şəxsləri canlandırır. Onlardan biri televiziya aktyorudur, digəri isə onun köməkçisi və dublyordur.

Qeyd edək ki, filmin premyerası avqustun əvvəlinə planlaşdırılır.

AzNews.az

Xəbər lenti