Xəzər Xəbər

Acun Ilıcalı onun xəyalını gerçəkləşdirdi

Şou Biznes | 11:58 • 19 Yanvar 2019
Acun Ilıcalı onun xəyalını gerçəkləşdirdi

Şəxsi təyyarəsini Hataya göndərdi

Acun Ilıcalı tək arzusu "O səs Türkiyə” yarışmasında mahnı oxumaq olan Caneri şəxsi təyyarəsi ilə Hataydan İstanbula aparıb.

Xərçəng xəstəliyi ilə mücadilə edən və tək arzusu "O səs Türkiyə”də mahnı oxumaq olan Caner Güdükün (16) çağırışına Acun Ilıcalıdan cavab gəlib.

Ilıcalı Caner Güdükün xəyalını reallaşdırmaq üçün şəxsi təyyarəsini Hataya göndərib.

Acun Ilıcalının şəxsi təyyarəsi ilə Hataydan İstanbula gedən Caner Güdük arzusunu reallaşdıran məşhur aparıcıya və bütün komandaya təşəkkür edib.

"O səs Türkiyə” səhnəsinə çıxaraq manı oxuyan xərçəng xəstəsi Caner Güdükün iştirak etdiyi verilişin yaxın günlərdə efirə gedəcəyi bildirilib.

AzNews.az

Xəbər lenti