Xəzər Xəbər

Zəngilandan Naxçıvana və Ermənistana qaz kəməri? Niyə də yox?

İqtisadiyyat | 15:28 • 2 Dekabr 2020
Zəngilandan Naxçıvana və Ermənistana qaz kəməri?

"Bu məsafə və xərc baxımından daha əlverişli variant ola bilər”.


Bu sözləri açıqlamasında sülh təmin olunduqdan sonra Ermənistan ərazisindən keçməklə Azərbaycan tərəfdən yeni bir neft-qaz kəmərinin reallaşması ehtimalına toxunarkən ekspert İlham Şaban deyib.



Həmsöhbətimizin fikrincə, Azərbaycan yalnız Naxçıvanı daha qısa məsafə ilə qazla təmin etmək və Ermənistanın enerji bazarına daxil olmaq üçün sözügedən istiqamətdə addım ata bilər:



"Azərbaycanın Naxçıvanın qaz təminatı ilə bağlı cari ilin fevralında Türkiyə Prezidenti Ərdoğan elan etdi ki, İqdır-Naxçıvan magistral qaz kəmərinin çəkilişi nəzərdə tutulur. Bu ölkəmiz üçün kifayət qədər bahalı layihə idi. Ona görə də indiki şəraitdə nəyə görə Zəngilandan Naxçıvana qaz kəmərinin çəkilməsi məsələsini gündəmə gətirməyək. Bu məsafə və xərc baxımından daha əlverişli variant ola bilər. Başqa bir tərəfdən dünya qaz bazarında yaranan tələbat fonunda hasilat artır. Bu baxımdan nəyə görə də qaz istehlakı tamamilə idxaldan asılı olan Ermənistana potensial bazar kimi baxmayaq? Niyə də yox”.


 


Lakin ekspert hesab edir ki, bunun reallaşması üçün ermənilər biz türklərə qarşı daxillərindəkı kin-küdurəti aradan qaldırmalıdır:


 


"Onlar bu çirkin siyasətlərini dəyişsə, bölgəmiz real olaraq inkişaf gedəcək. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, ölkəmiz qonşularla dinc yanaşı yaşamaq siyasəti yürüdür. Daim bu prinsiplərə sadiqik. Digər tərəfdən, İkinci Dünya savaşında bir-birilə vuruşan ölkələr üstündən 20 il keçməmiş ciddi şəkildə iqtisadi, mədəni əlaqələr qurmağa başladılar”.



İ. Şaban qeyd etdi ki, gələcəkdə belə Ermənistan ərazisindın keçməklə Qərbə nəql ediləcək hər hansı bir yeni ixrac kəməri gündəmə gəlməyəcək: "Buna görə yenidən daha 10 milyard dollar xərcləmək fikrində deyilik. Bu məsələ ilə bağlı "qatar artıq çoxdan yola düşüb”. Sadəcə olaraq, Ermənistanın ehtiyaclarını ödəmək üçün Azərbaycan həmin ölkəyə qaz ixrac edə bilər”.



Sfera.az

Xəbər lenti