Xəzər Xəbər

Naxçıvanda on ayda 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb

İqtisadiyyat | 17:34 • 26 Noyabr 2020
Naxçıvanda on ayda 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən  bildirilib ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 334 milyon 49 min ABŞ dolları təşkil edib, 281 milyon 251 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.


(Azərtac)

Xəbər lenti