Xəzər Xəbər

Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı - Foto

İqtisadiyyat | 12:01 • 26 Noyabr 2020
Ərdoğanın keçirdiyi videokonfransa Mikayıl Cabbarov da qatıldı -

Bu ilin 10 ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22% təşkil edib.


Azərbaycan İqtisadiyyat Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov noyabrın 25-də COMCEC-in 36-cı sessiyasının onlayn açılış mərasimində çıxış edərkən bildirib.


Nazir ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb.


M. Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.


Nazir əlavə edib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən Azərbaycanda müxtəlif sahələrə 1 mlrd. ABŞ dollaradək maliyyə vəsaiti ayrılıb.


Naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.


Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti