Xəzər Xəbər

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat | 11:57 • 26 Noyabr 2020
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi açıqlanıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 6,5 milyon manat təşkil edib.


Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, noyabrın 1-nə olan göstəricilərə əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 5,9 faiz azdır.


Eləcə də, ilin əvvəli ilə müqayisədə müvafiq təşkilatların müddətlər üzrə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 22,9 faiz azalıb.


Qeyd edək ki, bu kreditlər ümumi kredit qoyuluşlarının 6,8 faizini təşkil edib.



Xəbər lenti