Xəzər Xəbər

Qızılın qiyməti kəskin artacaq

İqtisadiyyat | 16:19 • 23 Oktyabr 2020
Qızılın qiyməti kəskin artacaq

Cari ildə qızılın qiyməti 27,5 faiz artacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.


Banka görə, metal və mineral qiymətləri indeksi bu il ötən ilə görə 1,1 faiz azalacaq. Qiymətli metalların qiymət indeksinin isə 27,3 faiz artacağı proqnozlaşdırılır.


Qızılın unsiya qiymətinin keçən ilə nisbətən cari ildə 27,5 faiz artacağı və 2021-ci ildə 2 faiz azalacağı gözlənilir.

Xəbər lenti