Xəzər Xəbər

OPEC-in baş katibi: Bu il qlobal neft tələbatı sutkada 9,5 milyon barrel azalacaq

İqtisadiyyat | 16:34 • 28 Sentyabr 2020
OPEC-in baş katibi: Bu il qlobal neft tələbatı sutkada 9,5 milyon barrel azalacaq

Davam edən qeyri-müəyyənliklər fonunda cari ildə qlobal neft tələbatı gündəlik 9,5 milyon barrel azalacaq.


Bu sözləri OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.


"OPEC-ə üzv olmayan ölkələrin neft istehsalının da bu il sutkada 2,7 milyon barrel azalacağı gözlənilir”, - deyə o bildirib.


OPEC-in baş katibi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin ticari neft ehtiyatlarının cari ilin üçüncü rübündə son 5 illik orta göstəricidən xeyli yüksək olduğunu deyib: "Lakin ilin son rübündə bu rəqəm ötən 5 ildəki orta göstəricidən 123 milyon barrel az olacaq. Gələn ilin ilk rübündə OECD ölkələrinin ticari neft ehtiyatları son 5 illik orta göstəricidən biraz yuxarı qalxacaq, lakin ilin qalan hissəsində orta göstəricidən aşağı düşməsi gözlənilir”.

Xəbər lenti

Çox oxunanlar