Xəzər Xəbər

“Google” Hindistana 10 milyard dollar sərmayə yatırmağı planlaşdırır

İqtisadiyyat | 17:46 • 13 İyul 2020
“Google” Hindistana 10 milyard dollar sərmayə yatırmağı planlaşdırır

"Alphabet Inc”ə məxsus "Google” şirkəti qarşıdakı 5-7 il ərzində Hindistana mərhələlərlə 10 milyard dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, planlaşdırılan sərmayə "Google”ın proqram təminatı və tətbiq artımına yönəlmiş "rəqəmsallaşdırma fondu” vasitəsilə ediləcək.


"Alphabet Inc”in baş direktoru Sundar Piçai investisiyaları fərqli yollarla kapital qoyuluşları, əməkdaşlıq, əməliyyatlar, infrastruktur və ekoloji investisiyalar, eləcə də digər formalarda edəcəklərini bildirib.


Xatırladaq ki, Hindistan əsilli S.Piçai 2004-cü ildə "Google”a qoşulub və "Chrome” brauzerlərinin qurulması prosesində iştirak edib. Ötən il "Alphabet”in keçmiş baş direktoru və həmtəsisçisi Lari Peydən baş direktor vəzifəsini təhvil alıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti