Xəzər Xəbər

Ən yüksək əməkhaqqı alan icraçı direktor - REYTİNQ

İqtisadiyyat | 16:29 • 13 İyul 2020
Ən yüksək əməkhaqqı alan icraçı direktor -

"Apple” şirkətinin rəhbəri Tim Kuk hazırda informasiya texnologiyaları sahəsində ən yüksək əməkhaqqı alan icraçı direktordur. Belə ki, ötən il onun qazancı 133 milyon dollar olub.


Xezerxeber.az "Bloomberg” agentliyinin tərtib etdiyi reytinq cədvəlinə istinadla xəbər verir ki, T.Kuk bütün icraçı direktorlar arasında ikinci yeri tutub. Birinci pillədə 2019-cu ildə 595 milyon dollar qazanan "Tesla” şirkətinin sahibi İlon Mask qərarlaşıb.


"Apple” rəhbərinin IT sahəsi üzrə rəqiblərinə gəldikdə isə ona daha çox yaxın olan, ötən il 99 milyon dollar əldə edən "Intel” şirkətinin icraçı direktoru Robert Svondur. Sonrakı mövqedə 86 milyon dollar əməkhaqqı ilə "Alphabet Inc.”in rəhbəri Sundar Piçai yer alıb. "Microsoft”un icraçı direktoru Satya Nadella keçən il 77 milyon dollar əməkhaqqı ilə 9-cu yeri tutub.


Məlumata görə, T.Kuk tərəfindən ötən il əldə edilən bütün vəsaitlər ianə olunacaq.


Qeyd edək ki, "Apple” şirkətinin dünyanın ən bahalı şirkəti olması T.Kukun ən yüksək əməkhaqqı alması barədə təəccüb doğurmur.

Xəbər lenti