Xəzər Xəbər

Bağlanan bankların əmanətçilərinə 181 mln. manatdan çox kompensasiya ödənilib

İqtisadiyyat | 18:38 • 6 İyul 2020
Bağlanan bankların əmanətçilərinə 181 mln. manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Atabank” ASC, "Amrahbank” ASC, "AG Bank” ASC və "NBC Bank” ASC-nin 11,3 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 iyul 2020-ci il tarixinə "Kapital Bank” ASC və "Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 mln. manat kompensasiya ödəyib.


ADIF-dan xezerxeber.az-a verilən məlumata görə, ləğv prosesində olan "Atabank” ASC və "Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.


Ləğv prosesində olan "AG Bank” ASC və "NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.


Qeyd olunur ki, "Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Xəbər lenti