Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları artıb

İqtisadiyyat | 11:36 • 29 May 2020
ABŞ-ın neft ehtiyatları artıb

Ötən həftənin yekunlarına görə (18-22 may), ABŞ-ın kommersiya neft ehtiyatları 7,93 mln. barel artaraq 534,73mln. barel təşkil edib.


Xezerxeber.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.


Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,94 mln. barelə yaxın azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Xəbər lenti