Xəzər Xəbər

Muzdla çalışanların orta aylıq əməkhaqqı artıb

İqtisadiyyat | 16:05 • 21 May 2020
Muzdla çalışanların orta aylıq əməkhaqqı artıb

Yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 744,5 manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3830,1 manat, qeyri-neft-qaz sektorunda 674,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 634,5 manat, özəl müəssisələrdə isə 893,1 manat olub.


Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksəkdir.

Xəbər lenti