Xəzər Xəbər

Rusiyanın ən zəngin varislərinin siyahısına azərbaycanlı rəhbərlik edir

İqtisadiyyat | 14:53 • 21 May 2020
Rusiyanın ən zəngin varislərinin siyahısına azərbaycanlı rəhbərlik edir

"Forbes" jurnalı Rusiyanın ən zəngin varislərinin siyahısını açıqlayıb.


Siyahıya azərbaycan əsilli iş adamı, "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərovun tək oğlu Yusif Ələkbərov liderlik edir. Onun 18 mlrd ABŞ dollarlıq sərvətin varisi olduğu bildirilib.


"Forbes" Rusiyanın ən zənginlərinin reytinqini hazırlamaq üçün milyarderlərin varidatını onların uçaqlarının sayına bölür. "Forbes"in siyahısında Rusiyanın 20 ən zəngin işi adamı və onların ümumulikdə 51 övladı təqdim olunub.


Siyahıda ikinci yeri "Novatek" sahiblərindən biri Leonid Mixelsonun qızı və oğlu tutub. Onların hər biri 10,1 mlrd dollar sərvətin sahibidirlər. Üçüncü pillədə isə Oral dağ-metallurgiya Kompaniyasının əsas səhmdarı İsgəndər Mahmudovun oğlu Cahangir Mahmudov qərarlaşıb.


Qeyd edək ki, "Forbes" bu ilin aprelin 16-da Rusiyada 103 milyarderin olduğunu, onların ümumi sərvətinin 439 mlrd dollar olduğunu açıqlayıb. (APA)

Xəbər lenti