Xəzər Xəbər

Ünvanlı sosial yardım alanların DİQQƏTİNƏ: şərtlər dəyişdi

İqtisadiyyat | 15:55 • 19 May 2020
Ünvanlı sosial yardım alanların DİQQƏTİNƏ:

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti