Xəzər Xəbər

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilib - CƏDVƏL

İqtisadiyyat | 18:19 • 6 Aprel 2020
Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilib -

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.

QSC-dan verilən məlumata görə,məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir

"Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq”, - məlumatda qeyd edilir.

Xəbər lenti