Xəzər Xəbər

Azərbaycanda yanacağın satışına məhdudiyyət qoyulub? SOCAR-dan RƏSMİ AÇIQLAMA

İqtisadiyyat | 13:05 • 30 Mart 2020
Azərbaycanda yanacağın satışına məhdudiyyət qoyulub?

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumatda deyilir:

"SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.

Xəbər lenti