Xəzər Xəbər

Qızılın qiymətindəki gündəlik artım yeni rekord vurub

İqtisadiyyat | 11:04 • 25 Mart 2020
Qızılın qiymətindəki gündəlik artım yeni rekord vurub

Qiymətli metallar bazarında yarış davam edir, çərşənbə axşamı qızılın qiymətinin gündəlik artması yenidən rekord vurub.

Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 93,2 dollar və ya 6% (10 il ərzində maksimal) bahalaşaraq ticarətin bağlanışına bir unsiya 1660,8 dollara təşkil edib.

"Dow Jones Market Data"nın məlumatlarına əsasən, bu, dollar ifadəsində bütün müşahidələr tarixində (1984-cü ilin noyabrından bəri) bir sessiyada, faizlə müqayisədə isə 2009-cu ilin mart ayından etibarən ən əhəmiyyətli artımdır. (APA)

Xəbər lenti