Xəzər Xəbər

Ukrayna Azərbaycandan qaz ala bilmək üçün şərtləri açıqladı

İqtisadiyyat | 15:41 • 29 Yanvar 2020
Ukrayna Azərbaycandan qaz ala bilmək üçün şərtləri açıqladı

"Cənub Qaz Dəhlizi”nə qoşulacağı təqdirdə, Ukrayna qaz kəmərinin gücünün artırılmasının ikinci və üçüncü mərhələləri çərçivəsində Azərbaycandan qaz ala biləcək.


Bunu Trend-ə Ukrayna Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyindən deyiblər.


Nazirlikdən bildiriblər ki, Ukrayna təbii qazın tədarük mənbələri və marşrutlarının şaxələndirilməsində maraqlıdır:


"Bundan başqa, biz xam neftin tədarük olunması məsələləri üzrə əməkdaşlığın genişlənməsində maraqlıyıq və Azərbaycandan Ukraynaya mayeləşdirilmiş təbii qazın nəqli imkanlarını nəzərdən keçirməyə hazırıq”.

Qeyd olunub ki, Ukrayna Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında əməkdaşlıq barədə memorandum layihəsi hazırlanıb:

"Energetika sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun iclasının keçirilməsi planlaşdırılır”.

Xəbər lenti