Xəzər Xəbər

Plastik xammalın təkrar istifadəsi genişlənir

İqtisadiyyat | 14:45 • 4 Noyabr 2019
Plastik xammalın təkrar istifadəsi genişlənir

Düsseldorfda (AFR) polimer xammalın dünyada ən böyük ixtisaslaşdırılmış beynəlxalq sərgisi keçirilir. AZƏRTAC xəbər verir ki, həmin sərgidə plastik xammal "resayklı” (təkrar istifadəsi) məsələsi xüsusi diqqət mərkəzindədir.


Sərginin açılışında çıxış edən ekspertlər bildiriblər ki, 1950-ci ildən bu günə qədər dənizlərə və okeanlara təqribən 86 milyon ton plastik tullantı düşüb. Torpağın tərkibindəki plastik maddənin miqdarı isə planetimizin müxtəlif regionlarında dəniz suyu ilə müqayisədə 4-20 dəfə yüksəkdir. Hətta Arktikada da plastik mikrohissəciklərin aşkar edilib. Bu fakt xüsusi narahatlıq doğurur.


Təkrar emal edilən plastik xammaldan hazırlanmış materiallar yaxın vaxtlara qədər təzə xammal ilə müqayisədə yeni məhsul buraxılması üçün o qədər də yararlı hesab edilmirdi. Buna baxmayaraq, təkcə Almaniyada plastik tullantıların 16 faizi təkrar emal edilir. Bu tullantıların 30 faizdən çox hissəsindən birdəfəlik istifadə üçün nəzərdə tutulan qablaşdırma paketləri istehsalına sərf olunur.


Düsseldorfda keçirilən sərgidə bu məmulatlar geniş nümayiş etdirilir.

Xəbər lenti