Xəzər Xəbər

Qonşumuzda çörək bahalaşdı

İqtisadiyyat | 14:44 • 4 Noyabr 2019
Qonşumuzda çörək bahalaşdı

2019-cu ilin oktyabr ayında Gürcüstanda inflyasiya 6.9% təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında məlumat verilib. Bildirilib ki, inflyasiya dərəcəsi ilə əlaqədar olaraq bu ölkədə orta hesabla 4.7% bahalaşma qeydə alınıb.

Bahalaşma daha çox qida məhsulları və alkoqolsuz içkilərdə özünü göstərib. Bu qrup üzrə qiymət artımı ümumilikdə 13.5% təşkil edib. Hesabat dövrü ərzində Gürcüstanda meyvə 26.9%, süd məhsulları və yumurta 16%, balıq 15.8%, ət 14.7%, şəkər, bal, şokolad və şirniyyat qiymətləri 13.7%, tərəvəz 12.4 faiz, çörək 11% bahalaşıb.

Tütün və alkoqollu içkilərin qiymətində isə 13% artım qeydə alınıb./APA

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti